54 yaşlı Cennifer Lopez gözəlliyini nümayiş etdirdi - FOTO
Dünya
3512
21 Jan 2024 | 15:57

54 yaşlı Cennifer Lopez gözəlliyini nümayiş etdirdi - FOTO

Aktrisa və müğənni Cennifer Lopez İtaliyanın “Intimissimi” alt paltarı brendinin Sevgililər Günündə təqdim olunacaq yeni reklam kampaniyasında rol alıb.
 
Ulduz ifaçı fotosunu “Instagram”da paylaşıb.
 
54 yaşlı Lopez qırmızı rəngli alt paltarı dəstində kamera qarşısına keçib. O, yeni obrazını uyğun rəngli atlaz xalatla tamamlayıb.
Xatırladaq ki, 2021-ci ildə Cennifer Lopez Ben Affleklə ayrıldıqdan 18 il sonra yenidən onunla bir araya gəlib. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri 5 milyon dollardan çox olan üzük verib. 2022-ci ilin iyul ayında məşhurlar Las-Veqasda (ABŞ) gizli mərasim keçirərək evləniblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər