Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var
2188
03 Jan 2024 | 19:50

Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var

Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub.

Bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen bildirib.

Məlumata görə, silahlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər.

Şahidlərin sözlərinə görə, onlar bir neçə yük avtomobilində olub və Nigeriya ordusunun formasını geyiniblər.

Hücuma görə radikal qruplardan heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər