Ticarət mərkəzində atışma olub -xa0ölən və yaralanan var
Dünya
2003
25 Dec 2023 | 11:11

Ticarət mərkəzində atışma olub -xa0ölən və yaralanan var

ABŞ-nin Kolorado ştatının Kolorado-Sprinqs şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bu barədə "NBC News" ştatın polis sözçüsü İra Kroninin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir kişi ölüb, daha üç zərərçəkən xəstəxanaya çatdırılıb: iki nəfər ağır vəziyyətdədir, bir qadın yüngül xəsarət alıb.

İ.Kronin bildirib ki, polis insidentin iki qrupun mübahisəsi ilə başladığını müəyyən edib.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları bir neçə nəfəri saxlayıb və hazırda onların arasında atəş açan şəxsin olub-olmadığını müəyyənləşdirirlər.

Link kopyalandı!
Son xəbərlər