İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib
Dünya
1616
25 Dec 2023 | 10:05

İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib

Qəzza zolağında İsrail Müdafiə Ordusunun zərərsizləşdirdiyi HƏMAS hərəkatının yaraqlılarının sayı açıqlanıb.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat veib.

“İsrail Müdafiə Ordusu Qəzza zolağında oktyabrın 7-dən bəri HƏMAS hərəkatının 8 min yaraqlısını zərərsizləşdirib”, - nəşrin məlumatında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrailin sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 200-dən çox insan girov götürülüb.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” adlı hərbi əməliyyatlara başlayıb.

Link kopyalandı!
Son xəbərlər