Dünya
1765
23 Dec 2023 | 17:25

"Xain hücum terrorçulara baha başa gəldi" - Ərdoğan SƏRT DANIŞDI

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.
 
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də “Yüz ilin dəyişimi İstanbul” konfransında çıxışı zamanı deyib.
 
O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: “İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir”.
 
Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.
 
Link kopyalandı!
Son xəbərlər