03:55
14°C
Bakı
Meksikada gün ərzində 12,6 mindən çox insan ABŞ-la sərhədi keçməyə cəhd edib ki, bu da rekord göstəricidir.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Texas ştatının sərhəddəki İql-Pass şəhərində 12,6 mindən çox miqrant qeydə alınıb. Bundan əlavə, Texasın cənubundakı Del-Rio şəhərində daha minlərlə miqrant sənədlərinin rəsmiləşdirilməsini gözləyir.
“Fox News” bildirib ki, sərhədi qanunsuz keçərkən 11 min miqrant, keçid məntəqələrində isə 1,6 mindən çox miqrant saxlanılıb.