Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib
Dünya
2049
18 Dec 2023 | 18:10

Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Putin özünün namizədliyini irəli sürür. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi. Qrup iclası dekabrın 16-da baş tutub, iştirakçılar yekdilliklə V.Putini dəstəkləyiblər.

Link kopyalandı!
Son xəbərlər