Niger hərbi müdaxiləni dəf etməyə hazırdır
Dünya
2313
18 Dec 2023 | 10:05

Niger hərbi müdaxiləni dəf etməyə hazırdır

Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır.

Bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn Rusiya KİV-lərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər hansı bir ölkə Nigerə hücum etmək qərarına gələrsə, ölkəsi özünü müdafiə edəcək: “Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə ola bilər. Amma unutmayın ki, bizim təcrübəli, terrorçulardan da güclü ordumuz var”.

Xatırladaq ki, bu ilin iyulun sonunda Niger ordusu prezident Mohamed Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Avqust ayında nigerli hərbçilər Fransa ilə bütün razılaşmaları ləğv edib və bu ölkənin qoşunlarının çıxarılmasını tələb ediblər.

Link kopyalandı!
Son xəbərlər