Çili prezidenti BMT-yə təcili çağırış etdi
Dünya
2130
10 Dec 2023 | 08:34

Çili prezidenti BMT-yə təcili çağırış etdi

Çili prezidenti Qabriel Boric ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.

Bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb.

“BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

Link kopyalandı!
Son xəbərlər