Türkiyədə çörəkçi yanında işləyən məktəbli qıza təcavüz edib - FOTO/VİDEO
2171
07 Dec 2023 | 14:25

Türkiyədə çörəkçi yanında işləyən məktəbli qıza təcavüz edib - FOTO/VİDEO

Türkiyənin Adana şəhərində yanında işləyən liseyli qıza təcavüz etdiyi iddia olunan çörəkçiyə 8 il həbs istənilib.
 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çörəkçi məhkəmədə “peşmanam” deyərək özünü müdafiə edib.
 
Məktəbli qız isə hər gün cinsi istismara məruz qaldığını bildirib.
 
Məlumata görə, hadisə Yüreğir rayonundakı çörək sexində qeydə alınıb. Çörək sexində işləyən məktəbli E.A oktyabrın 28-də polis bölməsinə gedərək işlədiyi məkanın sahibi R.A-nın ona qarşı cinsi zorakılıq etdiyini bildirib.
R.A. polislər tərəfindən "uşağa qarşı cinsi istismar" ittihamı ilə saxlanılıb.
 
Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb və R.A. barəsində “uşağa qarşı cinsi istismar” cinayətindən 8 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. İttiham aktında bildirilib ki, şübhəli şəxs zəncirvari şəkildə, müxtəlif vaxtlarda, uşağa qarşı cinsi istismar cinayətini törədib.

 

Link kopyalandı!
Son xəbərlər