Husilər Eylatdakı hərbi hədəflərə raket hücumu həyata keçirdiklərini açıqlayıb
1942
06 Dec 2023 | 23:41

Husilər Eylatdakı hərbi hədəflərə raket hücumu həyata keçirdiklərini açıqlayıb

Yəmənin husi üsyançıları İsrailin cənubunda yerləşən Eylat şəhərində bir sıra hərbi hədəflərə ballistik raketlər atıblar.

Bu barədə husilərin nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmənin Raket Qüvvələri Fələstinin cənubundakı Eylat bölgəsindəki İsrail hərbi obyektlərinə ballistik raketlər atıb”, - Sariyanın “Telegram” kanalında mətnini dərc etdiyi üsyançıların bəyanatında deyilir.

Link kopyalandı!
Son xəbərlər