İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”
1910
06 Dec 2023 | 00:33

İsrailin müdafiə naziri: “HƏMAS Qəzzaya nəzarəti itirir”

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağına nəzarəti itirir, onun tərəfdarlarının silahlı qüvvələri isə itkilər verir.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"HƏMAS (Qəzzaya-red) nəzarəti itirir, itkilər verir və buna İsrail Müdafiə Qüvvələrinin kəşfiyyatla koordinasiyalı şəkildə havadan, dənizdən və qurudan fəaliyyət göstərən qəti və güclü hərəkətləri ilə nail olunur. Nəticələrimiz çox əhəmiyyətli, təsiredici və dəqiqdir", - o mətbuat konfransında bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalarda daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Link kopyalandı!
Son xəbərlər