İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır
Dünya
1982
05 Dec 2023 | 17:50

İrəvanda ictimai nəqliyyatda gedişhaqqı artırılır

İrəvan meriyası yaxın vaxtlarda avtobuslarda gedişhaqqının 100 dramdan (0,25 ABŞ dollar) 150 dramadək (0,37 ABŞ dolları) artırılması barədə qərar qəbul edib.

Bu barədə “İşıqlı Ermənistan” partiyasının vitse-prezidenti David Xajakyan sosial şəbəkələrdə məlumat verib.

“Təbii ki, deyəcəklər ki, hər şey bahalaşıb, ictimai nəqliyyatda da qiymətlər artırılmalıdır”, - o qeyd edib.

D.Xajakyan əlavə edib ki, tam islahat aparmaqla eyni qiymətləri saxlamaq olar.

Link kopyalandı!
Son xəbərlər