Qırmızı dənizdə hücuma məruz qalan gəmilər İsrailə məxsus deyil
Dünya
1861
03 Dec 2023 | 23:52

Qırmızı dənizdə hücuma məruz qalan gəmilər İsrailə məxsus deyil

Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançılarının hücumuna məruz qalan iki gəminin İsraillə heç bir əlaqəsi yoxdur.
 
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
 
Onun sözlərinə görə, bu gün İsraillə heç bir əlaqəsi olmayan iki ticarət gəmisinə raketlər atılıb:
 
“Bir gəmi çox ciddi zədələnib və kritik vəziyyətdədir, onun batmaq təhlükəsi var”.
 
Link kopyalandı!
Son xəbərlər