85 yaşlı Hollivud ulduzu Ceyn Fonda gənc sevgilisinin olmasını istədiyini etiraf edib.
“Bunu deməyə utanıram, amma sevgilim olsaydı, onun 20 yaşı olardı. Çünki qocalmış dəridən xoşum gəlmir”, - aktrisa komediya ustası Hizer Makmahan ilə verilişin çəkilişlərində deyib.
Fonda yeni sevgilisinin ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, aktrisa 2022-ci ilin dekabrında ikinci dəfə xərçəngdən sağaldığını bildirib.
Mənbə: Lenta.ru