Rusiyanı birdəfəlik məğlub etmək üçün Qərb Ukraynanı... - SENSASİON DETALLAR
Dünya
Oxunub: 2146
27 Nov 2023 | 18:02
Rusiyanı birdəfəlik məğlub etmək üçün Qərb Ukraynanı... - SENSASİON DETALLAR

“Ukraynanın məğlubiyyəti ABŞ üçün fəlakət olacaq, çünki Vaşinqton dünya ictimaiyyətinin gözündə güclü dövlət statusunu itirəcək”.

Jurnalist Qarland Nikson özünün yutub kanalında bildirib.

“Dünyanın diqqəti bu münaqişəyə yönəlib... Çünki bu dəfə ABŞ super güclə münaqişəyə cəlb olunub. Birləşmiş Ştatlar Ukraynaya əlində olan hər şeyi verəcəyini söyləmişdi... Nəticədə Putin indi qalib gəlir... Bu, ABŞ üçün böyük məğlubiyyətdir”, - Nikson qeyd edib.

O deyib ki, Vaşinqton əvvəllər də səhvlərə yol vermişdi, lakin ölkə iqtisadi və sənaye cəhətdən güclü olduğu üçün Amerika “bu səhvlərdən qurtula bilirdi”. Nikson qeyd edib ki, Ukraynanın məğlubiyyəti ABŞ üçün mənfi nəticələrə gətirib çıxaracaq və dünya çoxqütblü olacaq.

Qarland Nikson kimdir? Radio və televiziyada tok-şou aparıcısı kimi tanınıb. Dünya miqyasında antiimperialist hərəkatda yer alır. O, hüquq-mühafizə orqanlarında 20 ildən çox işləyib və mayor rütbəsi ilə təqaüdə çıxıb. Bir neçə il tələbələrə cinayət məcəlləsini tədris edib. 2010-cu ildən 2019-cu ilə qədər “Fox News”da müntəzəm məqalələri ilə çıxış edib. Mütərəqqi fikirləri ilə tanınır.

Combatting Imperialist Disinformation - Garland Nixon at Summit Against  Hypocrisy - YouTube

Xatırladım ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə vurğulayıb ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat sonda çoxqütblü dünyanın yaranmasına təkan verəcək.

Əlbəttə, Qarland Niksonun dediklərini qəribçiliyə salmaq olar. Ancaq oxşar fikri Pentaqonun rəhbəri Lloyd Austin (2021) də dilə gətirib. Buyurub ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandırarsa, Rusiya Ukraynada qalib gələcək. Qərbin nüfuzlu media mərkəzlərindən olan “politico.com” da oxşar mövqedən çıxış edir. “Russia Will Survive a Defeat in Ukraine. It’s Time to Prepare for What Comes Next.” (Rusiya Ukraynada məğlubiyyətdən xilas olacaq. Bundan sonrakı proseslərə hazırlaşmağın vaxtıdır.) adlı məqalədə Qərbə açıq şəkildə çağırış var. Ən önəmlisi isə odur ki, etiraf da var.

“The Wall Street Journal”da gedən “It’s Time to End Magical Thinking About Russia’s Defeat” (Rusiyanın məğlubiyyəti haqqında sehrli düşüncələrə son qoymağın vaxtı çatıb) adlı məqalə isə Rusiyada toy-bayram kimi qarşılandı. Məqalədə deyilir ki, Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün Qərb hərəkətə keçdi. Ancaq rəsmi Moskva Qərbin müqavimətinə tab gətirdi və Putin şəxsi hakimiyyətini daha da möhkəmləndirdi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və müttəfiqlərinin yeni strategiyaya ehtiyacı var.

A History of the Wall Street Journal - Historic Newspapers

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərtərəfli hücumunun ikinci ildönümünə az qalıb. Putinin özünə inamını aydın şəkildə müşahidə edirik. Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı uğurlu olsaydı, Kiyevə danışıqlar zamanı güclü mövqedən çıxış etmək imkanı qazandıra bilərdi. Ukraynaya maliyyə dəstəyi ilə bağlı Konqresdəki qütbləşmə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Putin tərəfdarı olması da Qərbə prosesə optimist yanaşmağa imkan vermir. Amerikanın HƏMAS-İsrail savaşına aşırı marağı da Ukraynanın müqavimət imkanlarını aşağı salır...

Zamanın onun tərəfində olmasına Putinin inanması üçün kifayət qədər əsası var. Cəbhə xəttində Rusiyanın müharibəni uduzmasına dair heç bir əlamət yoxdur. Rusiya iqtisadiyyatı zərər çəksə də, sıradan çıxmayıb, amma bərbad vəziyyətdə deyil. Nə qədər paradoksal olsa da, iyun ayında Yevgeni Priqojinin uğursuz üsyanından sonra Putinin hakimiyyəti daha da gücləndi. Müharibəyə xalq dəstəyi möhkəm olaraq qalır və elitanın Putinə dəstəyi də sarsılmayıb.

Rusiyaya tətbiq olunan sanksiyalar nəyi dəyişə bilər?!

“The Wall Street Journal” yazır ki, Rusiyaya tətbiq olunmuş sanksiyalar və Rusiyanın ixracatına nəzarət Putinin müharibə aparmaq gücünə gözlənildiyindən qat-qat az təsir edib. Rusiyanın müdafiə sənayesi üçün çalışan zavodları istehsalı artırır. Köhnəlmiş sovet fabrikləri artilleriya mərmiləri kimi çox ehtiyac duyulan malların istehsalında Qərb fabriklərini üstələyir.

Rusiya iqtisadiyyatını idarə etməkdə məsul olan texnokratlar möhkəm, uyğunlaşa bilən və bacarıqlı olduqlarını sübut etdilər. Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq nəticəsində yüksələn neft qiymətləri dövlət xəzinəsini doldurur. Ukrayna, əksinə, Qərbin nağd pul yardımından son dərəcə asılıdır.

Putin həm də xarici siyasət rekorduna məmnunluqla baxa bilər. Onun əsas əlaqələrə qoyduğu sərmayələr öz bəhrəsini verdi. Çin və Hindistan Rusiya nefti və digər əmtəələrinin idxalını artıraraq Rusiya iqtisadiyyatı üçün mühüm dayaq təmin edib. Qərbi Avropada itirilmiş bazarlardan və ya Pekinin ABŞ və Aİ sanksiyalarını pozmaq istəməməsindən narahat olmaq əvəzinə, Putin qısa müddətdə Çinin iqtisadi sahədə kiçik tərəfdaşı olmağın daha sərfəli olduğuna qərar verdi. Çindən gələn mallar Rusiya idxalının təxminən 50%-ni təşkil edir və Rusiyanın ən böyük enerji şirkətləri indi Çinlə alverə daha çox meyllidirlər.

Putin Qətər əmiri ilə "Vaqner" üsyanından DANIŞDI

Hətta Ermənistan, Gürcüstan, Qazaxıstan və Qırğızıstan kimi Putinin aqressiv taktikasından qorxmaq üçün hər cür əsası olan qonşu ölkələr də sanksiyalardan yayınmağa imkan verən və Rusiyanın birbaşa idxal etdiyi malların daşınma məntəqəsi kimi xidmət edərək böyük gəlirlər əldə ediblər.

Bütün bunların heç biri sürpriz sayılmamalıdır. 2022-ci ilin fevralında Ukraynaya hücumdan 6 aydan əvvəl Putin Rusiya üçün yeni Milli Təhlükəsizlik Strategiyasını imzaladı. Həmin sənədin əsas istiqaməti ölkəni Qərblə uzunmüddətli qarşıdurmaya hazırlamaq idi. Bu gün Putin xalqa strategiyasının işlədiyini deyə bilər.

“The Wall Street Journal” yazır ki, Putin müharibəni bitirmək üçün heç bir təzyiq hiss etmir. Qış yaxınlaşdıqca Rusiya ordusu öz məhdud quru hücumunu həyata keçirdi və şübhəsiz ki, Ukrayna şəhərlərinə, elektrik stansiyalarına, sənaye obyektlərinə və digər mühüm infrastruktur obyektlərinə raket və dron hücumlarını genişləndirəcək. Putin gözləyir ki, ABŞ və Avropanın Ukraynaya dəstəyi kəsiləcək, ukraynalılar onlara edilən sonsuz terror və dağıntılardan yorulacaqlar və bu ikisinin birləşməsi Rusiyaya Ukrayna ilə müqavilənin şərtlərini diktə etməyə imkan verəcək...

Rusiya haqqında bilməli olduğunuz 24 fakt...

Bəllidir ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Bu ölkə təbii sərvətlərinə görə son dərəcə zəngindir. Əsasən təbii sərvətlərini xammal kimi sataraq ayaqda durur. “The Wall Street Journal” da qeyd edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar elə bir nəticə vermədi.

Sanksiya ilə bağlı “BBC”nin araşdırması son dərəcə maraqlıdır. Britaniya radiosu yazır ki, Böyük Britaniya, ABŞ və Aİ Rusiyadan brilyant idxalını dayandırıb. 2021-ci ildə Rusiya brilyant ixracından 4 milyard dollardan çox qazanıb. 2021-ci ildə isə Rusiya qızıl ixracından daha çox - 15.4 milyard dollar xeyir götürüb. Təbii ki, Qərb Rusiyadan qızıl idxalına da sanksiya tətbiq edib.

Aİ, ABŞ, Böyük Britaniya və Kanada Rusiya Mərkəzi Bankının öz ölkələrindəki aktivlərini dondurub. Digər Rusiya banklarının aktivləri də dondurulub. Rusiya firmalarına banklardan borc götürmək qadağan edilib.

Böyük Britaniya hökuməti bildirib ki, Qərb dövlətlərinin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatlarının 350 milyard dollarının dondurulmasına gətirib çıxarıb.

Qərb dünyası — Vikipediya

Qərbin sanksiya tətbiq etdiyi əsas sahə neft və qazla bağlıdır. Ancaq Rusiya hazırda xam neftinin 70 faizini Hindistan, Çin və Türkiyəyə satır. Müqayisə üçün deyək ki, 2022-ci ildə Hindistanın neftə olan ehtiyacının yalnız 2 faizini Rusiya ödəyirdi. İndi isə Hindistana neft ixrac edən əsas ölkə Rusiyadır. 2021-ci ildə Rusiya neftinin 50 faizi Avropa ölkələrinə satılırdı.

“BBC” onu da qeyd edir ki, Qərb Rusiyanın neftdən gələn gəlirini azaltmaq üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Venesuela kimi neftlə zəngin dövlətlərə müraciət edərək hasilatı artırmağa çağırış etdi. Ancaq adıçəkilən ölkələr neft hasilatın artırmadılar...

Mindən çox rusiyalı biznesmen və fiziki şəxs Qərbin sanksiyasına məruz qalıb.

Onların arasında oliqarxlar - Kremlə yaxın olduğu düşünülən biznes liderləri, məsələn, “Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç kimilər yer alır.

Prezident Putin və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər dondurulub.

Sanksiyaya məruz qalan ruslarla məxsus olan ən azı 16 super-yaxta müsadirə olunub.

Nyu-Yorkda rus alüminium maqnatı Oleq Deripaska ABŞ sanksiyalarını pozmaqda ittiham olunub.

Zəngin ruslara Britaniyada yaşamaq hüququ verən “qızıl viza”ların satışı dayandırılıb.

“McDonald's”, “PepsiCo”, “H&M” və Adidas da daxil olmaqla, mindən çox beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb.

ABŞ, Böyük Britaniya, Aİ və Kanadanın hava məkanından Rusiyaya uçuşlar qadağan olunub.

Qərb liderləri Rusiya iqtisadiyyatının sanksiyalardan dolayı çökəcəyini proqnozlaşdırırdılar.

Lakin Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının 2023-cü ildə 0,7% arta biləcəyini deyir.

Beynəlxalq Enerji Agentliyi: Təmiz enerjinin "dayanılmaz" artımı ilə qalıq  yanacaqlar 2030-cu ilə qədər zirvəyə çatacaq - Mediapost.az - Azərbaycan  Xəbərləri

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya gündə 8,3 milyon barel neft ixrac edir ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. Ən böyük idxalçılar isə Hindistan və Çindir.

Bununla belə, IEA bildirir ki, Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlir Qərbin sanksiyaları səbəbindən 2023-cü ilin aprelində 22,5 milyard dollardan 8,1 milyard dollara düşüb. Şübhəsiz ki, bu, ciddi itkidir. Ancaq Rusiya vəziyyətdən çıxmağı bacardı.

Belə bir fonda Qərb nə etməlidir?

Bu suala fərqli cavablar var. Məsələn, “telegraph.co.uk” saytı yazır ki, Rusiyanı birdəfəlik məğlub etmək üçün Qərb Ukraynanı NATO-ya üzv qəbul etməlidir. Əgər Qərb Kiyevin tezliklə alyansa qoşulmasının fərqinə varmasa, Qərb üçün vəziyyət getdikcə pisləşəcək. Əlbəttə, HƏMAS-İsrail savaşı da Qərbi pis vaxtda yaxalayıb. Hazırda Aİ daha çox Ukraynaya yardım etmək haqqında düşünür, ABŞ isə İsrailə dəstəyi özü üçün prioritet hesab edir. Ona görə də Qərb Yaxın Şərqdə alovlanmış müharibəni mümkün qədər tez ram etməyə və bütün gücü Ukrayna cəbhəsinə yönəltməyə çalışır. Rusiya isə tam əksinə, Yaxın Şərqdə başlayan müharibəyə digər ölkələrin də cəlb olunmasını arzulayır. Əgər belə olarsa, Rusiyanın Ukraynada əl-qolu daha da açılar...

Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin dekabrında ABŞ Konqresindəki çıxışında belə demişdi: “Ukrayna beynəlxalq ictimai rəy uğrunda döyüşlərdə Rusiyanı məğlub edib”.

Təəssüf ki, Ukraynanın ictimai rəydə qazandığı bu qələbə hərbi meydandakı reallıqları dəyişmədi...

 Elbəyi HƏSƏNLİ, SÜRİX

Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA