İndonezcə UNESCO-nun Baş Konfransının rəsmi dili kimi qəbul edilib
2004
21 Nov 2023 | 23:17

İndonezcə UNESCO-nun Baş Konfransının rəsmi dili kimi qəbul edilib

İndonezcə BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) Baş Konfransının rəsmi dili kimi qəbul edilib.

Bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“İndonezcə UNESCO-nun Baş Konfransının 10-cu rəsmi dili kimi qəbul edilib. Eyni zamanda, İndoneziya dili işgüzar dil kimi istifadə edilə bilər, Baş Konfransın sənədləri isə İndoneziya dilinə çevrilə bilər”, – məlumatda bildirilib.

“Bu tanınma bütün İndoneziya milləti üçün qürur mənbəyidir”, – ölkənin “Dertik” portalı İndoneziya Prezidenti Coko Vidododan sitat gətirib.

Qeyd edək ki, indonezcədən başqa, UNESCO-nun Baş Konfransının rəsmi dilləri arasında çincə, ərəbcə, fransızca, hindcə, ingiliscə, ispanca, italyanca, portuqalca və rusca var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər