“Wi-Fi” bu ölkədə hərbçilərin həyatını “xilas edəcək”
1920
21 Nov 2023 | 19:40

“Wi-Fi” bu ölkədə hərbçilərin həyatını “xilas edəcək”

ABŞ-ın dəniz donanmasında hərbçilərin həyat şəraitinin ağır olaraq qalması donanma daxilində intiharların çoxalmasının əsas səbəblərindən biri kimi qiymətləndirilməkdədir.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın hərbi-dəniz donanmasının komandanlığı intihar və digər neqativ halların qarşısını almaq üçün bütün donanmalarda “Wi-Fi” şəbəkəsinin tətbiqinə qərar verib. Mütəxəssislər hesab edir ki, bəzi hallarda açıq dənizdə və ya tərsanələrdə hərbçilərin nəzərdə tutualn vaxtdan daha çox “ilişib qalması” onları intihara sövq edir. Bu səbəbdən də komandanlıq hərbçilərin xarici aləmlə aktiv ünsiyyətini təmin etmək, onların özlərini tənha hiss etməsinin qarşısını almaq üçün donanma heyətinin internetə çıxışını təmin etməyi zəruri sayır.

 

Ekspertlər hesab edir ki, internetə mütəmadi çıxış hərbçilərin əhval-ruhiyyəsinin nəzərə çarpacaq dərəcədə yüksəltməyə, intiharların qarşısını qismən də olsa almağa kömək edəcək.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər