Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb
Dünya
1634
20 Nov 2023 | 23:04

Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb

Səudiyyə Ərəbistanı və Çinin mərkəzi bankları milli valyutalarda svop sazişi bağlayıb.

Bu barədə Səudiyyə tənzimləyicisinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

Tərəflərin milli valyutaları dəyişdirə biləcəkləri svop xəttinin həcmi 50 milyard yuan təşkil edir ki, bu da təqribən 6,97 milyard ABŞ dollarına bərabərdir.

Müqavilə üç illikdir. Mərkəzi banklar arasında valyuta mübadiləsi likvidlik çatışmazlığından qorunmaq üçün bir vasitədir. Bu, hər bir tərəfə valyuta bazarlarında onu satın almadan başqa ölkənin valyutasında likvidliyə çıxış əldə etməyə imkan verir.

Link kopyalandı!
Son xəbərlər