Polşa Seyminə (parlamentinə) daxil olan “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” müxalifət birlikləri koalisiya sazişi imzalayıb və ölkənin yeni hökumətini qurmaq niyyətlərini bəyan ediblər.
Razılaşmaya əsasən, hökumətə Polşanın keçmiş baş naziri, Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Donald Tusk başçılıq etməlidir.
Tusk qeyd edib ki, o, hökumətin tərkibi ilə bağlı təklifi prezident Anjey Duda ilə razılaşdırmağa çalışacaq, “Hüquq və Ədalət” partiyasının üzvlərindən hökumət yaratmaq cəhdlərinin qarşısı alınacaq.
Eyni zamanda, Polşa prezidenti Anjey Duda oktyabrda keçirilən seçkilərdən sonra Seymdə mandatların kifayət qədər olmamasına baxmayaraq, Yaroslav Kaçinskinin mühafizəkar “Hüquq və Ədalət” partiyasındakı müttəfiqlərinə hökumət qurmaq hüququnu vermək qərarına gəlib.
Kaçinskinin partiyası ölkənin baş naziri postunda hazırkı hökumət başçısı Mateuş Moravetskini görür. Bununla belə, müxalifət nümayəndələri əmindirlər ki, siyasətçi təsdiq üçün tələb olunan səsləri toplaya bilməyəcək.