Türkiyə Daxili İşlər Nazirliyi: İlin əvvəlindən 720-dən çox PKK terrorçusu zərərsizləşdirilib
Dünya
1879
09 Nov 2023 | 09:20

Türkiyə Daxili İşlər Nazirliyi: İlin əvvəlindən 720-dən çox PKK terrorçusu zərərsizləşdirilib

Bu il yanvarın 1-dən noyabrın 1-dək terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı 721 terrorçu zərərsizləşdirilib.

 

Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Türkiyə parlamentində çıxışı zamanı deyib.

 

“Ümumilikdə bu müddət ərzində separatçı terror təşkilatı PKK-ya qarşı 3054-ü şəhər, 16702-si kənd yerlərində olmaqla 19756 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 84-ü öldürülüb, 525-i sağ əsir, 5-i yaralı olmaqla 721 terrorçu zərərsizləşdirilib", - deyə nazir bildirib.

Həmçinin vurğulanıb ki, 107 terrorçu silahlarını yerə qoyaraq Türkiyə hakimiyyətinə təslim olub. Əməliyyat-axtarış tədbirləri çərçivəsində 6011 şübhəli saxlanılıb, onlardan 1178 nəfər məhkəmənin qərarı ilə həbs edilib, 1297 nəfər barəsində isə məhkəmə nəzarəti həyata keçirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər