Şimali Koreyada raket sənayesinin şərəfinə bayram təsis edilib
Dünya
2091
05 Nov 2023 | 12:43

Şimali Koreyada raket sənayesinin şərəfinə bayram təsis edilib

Koreya Xalq Demokratik Respublikasında (KXDR) noyabrın 18-də qeyd olunacaq Raket Sənayesi Gününü təsis edib.

2022-ci ilin bu günündə “Hvason-17” qitələrarası ballistik raketi buraxılıb.

Ali Xalq Məclisinin Rəyasət Heyəti “KXDR Raket Sənayesi Gününün təsis edilməsi haqqında” fərmanı nəzərdən keçirib və yekdilliklə qəbul edib. Məlumatda qeyd edilib ki, 2022-ci il noyabrın 18-də KXDR nüvə dövləti olduğunu və ən güclü qitələrarası ballistik raketlərin sahibi olduğunu dünyaya nümayiş etdirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 18-də Şimali Koreyada yeni tipli “Hvason-17” qitələrarası ballistik raketi buraxılıb.

Raket təxminən 998 km uçub və hündürlüyü 6040,9 km təşkil edib. Bəzi ekspertlərin fikrincə, normal trayektoriya ilə buraxıldıqda o, 15 min km-dən çox uça və kontinental ABŞ-a çata bilər.

Link kopyalandı!
Son xəbərlər