Türkiyədə illik inflyasiya cüzi azalıb
Dünya
1886
03 Nov 2023 | 11:33

Türkiyədə illik inflyasiya cüzi azalıb

Bu ilin oktyabr ayında Türkiyədə qiymətlər sentyabr ayı ilə müqayisədə 3,43 %, ötən ilin eyni dövrünə nisbətən isə 61,36 % çox olub.

Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Xatırladaq ki, qurum sentyabrda aylıq inflyasiyanı 4,75 %, illik inflyasiyanı isə 61,53 % olmaqla açıqlamışdı.

Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə oktyabrda aylıq inflyasiyanın 5,09 %, illik infltyasiyanın isə 126,18 % təşkil etdiyini bildirib.

Link kopyalandı!
Son xəbərlər