ABŞ-də Çindən dronların alınmasına qadağa qoyula bilər
Dünya
2030
02 Nov 2023 | 09:10

ABŞ-də Çindən dronların alınmasına qadağa qoyula bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Komitəsi ölkə hökumətinə Çindən dron almağı qadağanı nəzərdə tutan qanun layihəsi təqdim edib.

Bu barədə Respublikaçılar Partiyasından olan komitənin rəhbəri Mayk Qallagerin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsi ABŞ-nin xaricdə istehsal olunan dronlardan asılılığını azaltmağı nəzərdə tutur.

Qeyd edək ki, sentyabr ayında Çin milli təhlükəsizlik və maraqları qorumaq məqsədilə dronların istehsalı üçün avadanlıqların ixracını məhdudlaşdırıb. Hərbi məqsədlər üçün nəzərdə tutulmayan bəzi dronlar ixrac nəzarəti altına düşüb. Çinin DJI şirkəti ABŞ-da satılan dronların yarıdan çoxunu idxal edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər