İranlı baş qərargah rəisi Qəzzanın yeraltı tunellərindən danışdı: “Bir ucu İsraildədir…” - FOTO
2618
30 Oct 2023 | 13:34

İranlı baş qərargah rəisi Qəzzanın yeraltı tunellərindən danışdı: “Bir ucu İsraildədir…” - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Qəzza zolağının altındakı tunellərdən danışıb.

Onun sözlərinə görə, tunellərin ölçüsü motosikletlərin, hətta avtomobillərin də oradan keçməsinə imkan verir, Fələstinin HƏMAS radikal qruplaşmasının anklavın təkcə şimalında inşa etdiyi yeraltı keçidlərin uzunluğu isə təxminən 400 kilometr təşkil edir.

Məhəmməd Baqiri qeyd edib ki, təkcə Qəzzanın şimal hissəsində HƏMAS üzvləri 400 kilometrdən çox yeraltı tunel inşa ediblər ki, bu tunellərdən bəzən motosikletlər və hətta avtomobillər belə keçir. Onu sözlərinə görə, bu keçidlərin bir ucu İsraildə, digər ucu isə Qəzza zolağında yerləşir.

 

Mənbə: MK.ru

Link kopyalandı!
Son xəbərlər