ABŞ-nin Suriyadakı hərbi bazasına hücum olub
2018
29 Oct 2023 | 11:32

ABŞ-nin Suriyadakı hərbi bazasına hücum olub

Suriyanın Həsəkə əyalətinin şimal-şərqində yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən ABŞ obyektinə hücuma görə məsuliyyəti İŞİD qruplaşmasının terrorçularına qarşı döyüşən şiə İraq İslam Müqaviməti hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, 2015-ci ildən bəri ABŞ Suriyanın şimal-şərqində 9 hərbi baza yaradıb. Onların ən böyüyü Həsəkənin inzibati mərkəzinin şimalında (Dəməşqdən 620 km məsafədə) Tell-Beydarda yerləşir.

 

Mənbə: TASS

Link kopyalandı!
Son xəbərlər