Polşada azərbaycanlı qətlə yetirilib
1969
26 Oct 2023 | 19:51

Polşada azərbaycanlı qətlə yetirilib

Gürcüstanın Marneuli rayonunun Sabirkənd kəndindən olan 40 yaşlı Famil Musayev Polşada qətlə yetirilib.

Cinayət hadisəsi oktyabrın 20-də baş verib. Məlumata görə, Famil Musayev bir müddət öncə avtomobil almaq məqsədilə Polşaya gedib. Hadisənin hansı zəmində və ya kim tərəfindən törədilməsi hələki məlum deyil.

Famil Musayevin meyitinin Gürcüstana gətirilməsi üçün iş aparıldığı bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər