Gürcüstan və Ermənistanın baş nazirləri regiondakı durumu müzakirə ediblər
Dünya
2059
26 Oct 2023 | 15:31

Gürcüstan və Ermənistanın baş nazirləri regiondakı durumu müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən IV İpək Yolu Beynəlxalq Forumu çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

İ.Qaribaşvili bu barədə “X”də yazıb.

O, N.Paşinyanla ikitərəfli və regional əməkdaşlığı, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə etdiyini bildirib.

Gürcüstan lideri ölkəsinin regiondakı sülh prosesinə töhfə verməyə hazır olduğunu qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər