İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir
Dünya
1923
20 Oct 2023 | 09:40

İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir

İsrail Müdafiə Nazirliyi yanında Fövqəladə Hallar üzrə Baş İdarə və Müdafiə Ordusu ölkənin şimalında, Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhəri sakinlərinin təxliyəsini elan edib.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə ilə bağlı planı müdafiə naziri Yoav Qalant təsdiqləyib.

Qeyd edək ki, oktyabrın 20-də İsrailin Livanla sərhəddən 5 km məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürüləcəyinə dair məlumat yayılıb.

Link kopyalandı!
Son xəbərlər