İranda məmur özbaşınalığı: Ailə evindən küçəyə atıldı - VİDEO
1963
15 Oct 2023 | 14:29

İranda məmur özbaşınalığı: Ailə evindən küçəyə atıldı - VİDEO

İranda vətəndaş doqquz nəfər ailə üzvü ilə birlikdə hökumət məmurları tərəfindən evindən çıxarılaraq küçəyə atılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, vətəndaş qohumlarının dəfn mərasimində iştirak etmək üçün kəndə getdiyi zaman məmurlar onun ailə üzvlərini hədələyərək evini boşaldıb çölə çıxarıblar.

Məmurlar onlara deyiblər ki, evinizin sahəsi yola çıxır. Evdən çıxarılan vətəndaş bildirir ki, Şəhər Şurası, bələdiyyə və məhkəmə vasitəsilə çoxlu araşdırmaların aparılmasına baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.

Link kopyalandı!
Son xəbərlər