19:52
13°C
Bakı
“Türkiyə ordusunun hava zərbələri nəticəsində Suriyanın şimalında gizlənən terrorçuların idarəetmə qabiliyyəti sarsılıb”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə oktyabrın 1-dən etibarən ərazidə əməliyyatlar keçirir:
“Əməliyyat çərçivəsində xüsusilə hərbi obyektlər hədəf alınır”.
Amerikalı analitiklər hesab edirlər ki, Türkiyənin keçirdiyi əməliyyatlar ABŞ-ın Suriyada dəstəklədiyi terrorçular üçün riskləri artırır.
Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara qarşı əməliyyatlara başlayıb.