10:35
11°C
Bakı
“X” sosial şəbəkəsi HƏMAS hərəkatı ilə bağlılığı olan bir neçə hesabı silib.
Bu barədə “X” sosial şəbəkəsinin təhlükəsizlik xidmətinin bəyanatında deyilib.
Bəyanatda, həmçinin qeyd olunub ki, “X” sosial şəbəkəsi antisemit bəyanatlara qarşı mübarizə elan edib.
“Biz antisemit bəyanatları diqqətlə izləməyə davam edirik və hazırkı vəziyyətlə manipulyasiya edən bir neçə yüz hesabı silmək üçün tədbirlərə əl atdıq”, - deyə bəyanatda qeyd olunub.
Mənbə: TASS