Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər
2565
04 Oct 2023 | 21:47

Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər

Ermənistan Fransa ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaq.

Bu barədə hakim “Mülki Müqaviləsi” partiyasının üzvü Armen Xaçatryan bildirib.

Müqavilələr imzalanacağı təqdirdə Ermənistan özü avadanlıqların pulunu ödəyəcək.

"Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır”, - deyə Xaçatryan da bildirib.

Xatırladaq ki, Fransa müdafiə müəssisələri bir neçə hava hücumundan müdafiə sistemi istehsal edir.

Bunlardan ən müasiri təxminən 48 milyon dollar dəyərində olan “Crotale NG” qısamənzilli hava hücumundan müdafiə sistemidir.

Link kopyalandı!
Son xəbərlər