İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub
Dünya
1875
29 Sep 2023 | 18:57

İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub

İsveçrə Aİ-nin pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalarına qoşulub.

Bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.

“Federal Şura sentyabrın 29-da Rusiyaya dronların tədarükü ilə bağlı yeni sanksiyaların lehinə qərar verib. İsveçrə, beləliklə, bu yaxınlarda Rusiyanın Ukraynada bu cihazların istifadəsinə cavab olaraq yeni bir sıra tədbirləri təsdiqləyən Avropa İttifaqına qoşulur”, - məlumatda deyilir.

Link kopyalandı!
Son xəbərlər