Rusiya DİN Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verdi
Dünya
3306
25 Sep 2023 | 16:32

Rusiya DİN Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri Pyotr Hofmanskini axtarışa verib.

Nazirliyin axtarış məlumat bazasına əsasən, Polşa vətəndaşı, 1956-cı il təvəllüdlü Pyotr Yuzef Hofmanski barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarış elan olunub. Daxili İşlər Nazirliyi digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilkin palatası Ukraynada baş verən hadisələr, daha dəqiq desək, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən insanların deportasiyası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Mənbə: İnterfaks.ru

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər