Kahramanmaraşda zəlzələ baş verdi - FOTO
2274
23 Sep 2023 | 12:58

Kahramanmaraşda zəlzələ baş verdi - FOTO

Türkiyənin Kahramanmaraş vilayətinin Göksün rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Zəlzələ saat 11:22-də 8,48 kilometr dərinlikdə qeydə alınıb.

AFAD-dan verilən açıqlamaya görə, bununla bağlı ərazidə araşdırmalar davam edir.

 

Mənbə: Haber Global

Link kopyalandı!
Son xəbərlər