Kreml Kadırovu əvəzləməyə hazırlaşır, potensial namizədlər açıqlanıb
Ekskluziv
3401
17 Sep 2023 | 19:30

Kreml Kadırovu əvəzləməyə hazırlaşır, potensial namizədlər açıqlanıb

"Çeçenistanda siyasi həyat, siyasi partiyalar, söz azadlığı, müstəqil mətbuat yoxdur, diktatura və həbs düşərgələri var..."

"Gözəl yağış yağır, Quran oxunduğu eşidilir, mən 11 km piyada yol qət etmişəm, idmanla məşğul olun..."

"Son həftələr ərzində Çeçenistan lideri Ramzan Kadırovun ağır xəstə olduğu və hətta komaya düşdüyü barədə şayilər dolaşmaqdadır..."

 

İnquş jurnalisti Məhəmməd Toriyev qeyd edir ki, Kadırovun səhhətinin pisləşməsinin nə Çeçenistandan, nə də çoxsaylı çeçen diasporunun yaşadığı Avropadan təsdiqi yoxdur.

Moderator.az xəbər verir ki, bu barədə o, "FREEDOM" nəşrinin efirində qeyd edib və əlavə edib ki, Kadırovu üç nəfər əvəzləyə bilər.

Eyni zamanda, onun sözlərinə görə, əgər Kadırov "həqiqətən də komadadırsa, Kreml tərəfindən onun yerini kimin tutması barədə qərar qəbul edilməyənədək elə orada olacaq.

Namizədlər sırasənda jurnalist Çeçenistan Respublikasından Dövlət Dumasının deputatı Adam Delimxanov, çeçen parlamentinin rəhbəri Məhəmməd Davıdov və Çeçenistan baş nazirinin güc strukturları üzrə müavini və "Ahmat" çevik reaksiya xüsusi dəstəsinin komandiri Abuzayd Vismuradovun adlarını söyləyib.

Jurnalist əmindir ki, Çeçenistanda heç kim yeni təyin olunacaq liderə qarşı çıxmayacaq.

"Heç bir siyasi həyat mövcud deyil, siyasi partiyalar yoxdur, heç bir söz azadığı, müstəqil KİV-lər də yoxdur. Diktatura və həbs düşərgələri var. Kim təyin ediləcəksə, Moskvanın dəstəyinə bel bağlayacaq.

Rusiyanın qubernatorlardan biri də öz regionunun, regional elitanın dəstəyinə bel bağlamır, hamısı Moskva tərəfindən təyin edilir. Kremlin əhalinin hər hansı reaksiyası barədə düşünməsinə bel bağlamağa dəyməz", - Toriyev deyib.

Kadırov komadadır-bəlli olanlar

Çeçenistan liderinin səhhətinin pisləşməsi barədə şayiələr hələ 2023-cü ilin əvvəlindən yayılmağa başlayıb.

O cümlədən Ramzan Kadırovun prezident Vladimir Putinin fevralın 21-də Federal Məclisə müraciəti ilə bağlı iclasda iştirak etməməsi şayiələrə yol açıb.

Hərbi ekspert Oleq Jdanov güman edir ki, Kadırovu Putinin əmri ilə zəhərləyiblər.

Bu ərəfədə isə Kadırovun komada olması barədə şayiələr üzə çıxıb. Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bunu şərh edərkən deyib ki, "Kadırovun ağır vəziyyətdə olması və belə vəziyyətə səbəb olan xəstəliklərinin kəskinləşməsi barədə həqiqətən məlumat var".

Bu arada isə Kadırov sağ olmasının sübutlarını təqdim ermək qərarına gəlib.

Bunun üçün o, özünün şəxsi "Teleqram-kanal"ında gəzintidən çəkilmiş, guya, təzə video dərc edib.

Bu videoda çeçen lideri başlığı olan gödəkcədə yağışdan sonra nəmlənmiş və kənarında ağaclar əkilmiş cığırla gəzdiyi görünür.

"Belə-belə işlər, - o, rusca deyir, daha sonra çeçen dilinə keçir. - Gözəl yağış yağır, Quran oxunduğu eşidilir. Mən 11 km piyada yol qət etmişəm".

"Ona görə də idmanla məşğul olun", - Kadırov öz sözlərinə rusca yekun vurur.

"İnternetdə doğru ilə yalanı bir-birindən ayırd edə bilməyənlərə təmiz havada gəzməyi, öz fikirlərini qaydaya salmağı çox məsləhət görürəm", - Ramzan Kadırov təzə postunda yazıb. - Yağış adamı çox gümrah edir".

Bu videoçarx neytral xarakterlidir, burada çeçen lideri öz sağlamlığı barədə heç nə demir, ona görə də bu postun tarixini müəyyən etmək mümkün deyil.

 

Link kopyalandı!
Son xəbərlər