Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur.
Moderator.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:
“İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.
İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.