Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanda Müdafiə Nazirliyinin keçmiş əməkdaşları daxil olmaqla beş nəfər vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq və 106,3 milyon dram (təxminən 459,6 min manat) oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Erməni mediasının məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Xüsusi Mühüm İşlərin İstintaq İdarəsi 2019-2021-ci illərdə Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi üçün satınalma proseduru zamanı 106 milyon 300 min dram (459 676 manat) miqdarda oğurluq halları meydana çıxarıb.
Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, həmin idarənin baş mütəxəssisi A.A., “dasaran.am” ticarət nişanının sahibi Suren Aloyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Gevorq Altunyan 2019-2021-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi olub.