17:56
10°C
Bakı
Latviyanın Seymi (birpalatalı parlament) səs çoxluğu ilə Yeni Birlik partiyasını təmsil edən Evika Silinanın başçılığı ilə yeni hökuməti təsdiqləyib.
Bu barədə Latviyanın LSM dövlət televiziya məlumat yayıb.
Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqini 53 deputat dəstəkləyib. Hakim koalisiyaya Yeni Birlik (26 yer), Yaşıllar və Kəndlilər İttifaqı (NWK, 16) və Proqressivlər (10) partiyaları daxildir.
Yeni kabinetdəki 16 nazir portfelinin yarısı Yeni Birliyə, beşi Yaşıllar və Kəndlilər İttifaqına, üçü isə Proqressivlərə keçib. Keçmiş baş nazir Krişyanis Karinş xarici işlər naziri, Rihard Kozlovskis daxili işlər naziri olub. Andris Spruds isə ölkənin Müdafiə Nazirliyinə başçılıq edəcək.