Bizi sosial şəbəkələrdən izləyin:
Suriya prezidenti Bəşər Əsəd ölkəsində idarəetmə formasının respublikadan monarxiyaya dəyişdirilməsi imkanlarını araşdırır.
Bu barədə Səudiyyə Ərəbistanının kral ailəsinə yaxın “Elaf” nəşri məlumat yayıb. O, Suriya rəhbərliyindəki mənbəyə istinadən iddia edir ki, Əsəd ailəsinin təhlükəsizliyini başqa yolla təmin etmək və hakimiyyətin oğluna maneəsiz keçməsi ehtimalına inamını itirib.
Qəzet “adını açıqlamamağı xahiş edən” yüksək rütbəli Suriya rəsmisinə istinad edərək yazır ki, Əsəd “ərəb baharı” təlatümündən dərs çıxarıb.
Qeyd edək ki, o, bu "dəyitman"dan salamat çıxan yeganə liderdir. Həmin kampaniyada Tunisdə Ben Əli, Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmər Qəzzafi hakimiyyətlərini itirsələr də, Bəşər Əsəd ölkəsində başlanmış vətəndaş müharibəsinə dözüb dayandı, Rusiya və İranın kömyi sayəsində taxt-tacını qorudu.
“Elaf” yazır ki, ölkənin indiki hökmdarının sultan və ya əmir deyil, kral titulunu qəbul etməsi məntiqli olardı. 1920-ci il martın 8-dən iyulun 24-dək ümumərəb üsyanının rəhbəri Feysəl tərəfindən yaradılmış Suriya Ərəb Krallığı mövcud olub. Suriya Ərəb Krallığının tarixi fransızlarla müharibədə məğlubiyyətlə başa çatıb, 1941-ci ildə fransızlar getdikdən sonra isə ölkədə dərhal respublika elan edilib. /Musavat.com/