20:30
9°C
Bakı
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin əfv edilməsi ölkə prezidenti Salome Zurabişvilinin siyasi arenadan məhrum edilməsinə səbəb olacaq.
Bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Düşünmürəm ki, Salome Zurabişvili ona qarşı impiçment məsələsinin dəstəklənəcəyi ilə bağlı şantajın təsiri altına düşüb Saakaşvilini əfv etsin. Buna inanmaq və Zurabişvilinin belə bir addım atacağını güman etmək mümkün deyil”, - deyə Mdinaradze bildirib.