Rusiyanın ən böyük zavodlarından birində güclü yanğın başlayıb - VİDEO
Dünya
1848
05 Sep 2023 | 12:29

Rusiyanın ən böyük zavodlarından birində güclü yanğın başlayıb - VİDEO

Rusiyanın Nijni Novqorod şəhərində neft-kimya zavodunda güclü yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Ölkənin ən böyük zavodlarından biri sayılan “Sibir-Neftexim”də yanğına ilkin səbəb kimi texnoloji prosesin pozulması göstərilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.

Eyni zamanda havanın vəziyyəti yoxlanılır, nəticələr daha sonra açıqlanacaq.

Zərərçəkənlər barədə məlumat yoxdur. /Oxu.az/

Mənbə: Pravda-nn.ru

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər