2545
02 Sep 2023 | 21:43

"SpaceX" Pentaqonun peyklərini kosmosa göndərib

Amerikanın "SpaceX" şirkəti kosmosa Pentaqonun 13 hərbi peykini göndərib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Peyklər "Falcon 9" daşıyıcı raketləri ilə orbitə çıxarılıb.

Bildirilir ki, avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.

Agentliyin məlumatına görə, peyklərin orbitə göndərilməsi iki dəfə təxirə salınıb.

Bu "SpaceX"in 61-ci buraxılışı olub ki, bu da yeni rekord olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər