Moskvanın mərkəzində yanğın baş verib
1940
29 Aug 2023 | 20:53

Moskvanın mərkəzində yanğın baş verib

Moskvanın mərkəzindəki Komsomolskaya meydanındakı 1500 kvadrat metr sahədə anbarlarda yanğın baş verib.

Fövqəladə hallar xidməti hadisə yerinə yanğınsöndürən qatarın gəldiyini bildirib.

Yanğınsöndürmə işlərinə 70-dən çox canlı qüvvə, 27 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən əlavə edilib ki, yanğın nəzarət altına alınıb. İnsan tələfatı barədə məlumat yoxdur.

Link kopyalandı!
Son xəbərlər