Araik Arutunyanın feysbuk səhifəsi silinib
Dünya
2786
27 Aug 2023 | 19:20

Araik Arutunyanın feysbuk səhifəsi silinib

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutyunyanın rəsmi feysbuk səhifəsi Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində silinib.

Bu barədə Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun səhifəsinə bir neçə ay ərzində aktiv şikayətlər daxil olub, nəticədə səhifədə yazıların görünməsinin azalması, müxtəlif funksiyaların əlçatmazlığı şəklində tədricən məhdudiyyətlər tətbiq edilib. Son şikayətlər nəticəsində avqustun 26-da səhifə tamamilə əlçatmaz olub. Hesaba cavabdeh olan şəxslər feysbuk nümayəndələrinə səhifənin silinməsi ilə bağlı qərarın ləğvi tələbi və əsasları əks etdirən şikayət ərizəsi göndəriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər