20:49
9°C
Bakı
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə təmsil olunan bəzi nazirləri dəyişmək niyyətindədir.
Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.
Məlumata görə, bu barədə qərar qəbul olunmadığından xəbəri gizli saxlamağa çalışılır.
"Bu, oktyabrda baş verilə bilər”, - qəzet yazıb.
Vəzifəsini itirə biləcək şəxslər arasında baş nazirin işindən narazı olduğu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da var.