16:55
14°C
Bakı
Rusiyanın Vladivostok şəhəri su altında qalıb.
Bir neçə saat ərzində davam edən siklon yağışlar şəhərə aylıq yağıntının demək olar ki, yarısını gətirib.
Nəticədə Ussuri federal yolu bağlanıb, 16 küçədə elektrik enerjisi kəsilib, iki su anbarında daşqının qarşısını almaq üçün suyun sistemli şəkildə boşalmasına başlanılıb.
İnsanlar su basmış küçələrdə çarəsiz vəziyyətdə qalıblar. Yollarda avtomobillərin hərəkətində də problemlər yaranıb.
Proqnozlara görə, güclü yağış gün ərzində davam edəcək.
Mənbə: “SHOT” “Telegram”