22:33
13°C
Bakı
Tehranın qərbində türklərin yaşadığı bölgədə milli fəallar Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq divarlara şüarlar yazıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, şüarlarda və qraffitilərdə “Urmiya gölü son nəfəsini verir”, “Urmiya gölü can verir”, “Urmiya gölünü xilas edin!”, “Urmiya gölünün quruması Azərbaycanın məhvinə bərabərdir!” kimi fikirlər yazılıb.