Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Bayden Priqojinin ölümündən danışdı
 
                                            
                                            
                                            
                                            
ABŞ Prezidenti Co Bayden avqustun 23-də Rusiyanın Tver vilayətində baş vermiş təyyarə qəzasına münasibət bildirib.
 
Moderator.az Report.az-a istinadən xəbər verir ki, 80 yaşlı siyasətçi qeyd edib ki, baş verən faciə onu təəccübləndirməyib.
 
“Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, - C.Bayden fikrinin davamında söyləyib.
 
ABŞ prezidenti həmçinin əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı sualın cavabını bilmək üçün kifayət qədər məlumata sahib deyil.
 
Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub. O, qəzada həyatını itirib.